İranda zəlzələdə xəsarət alanların sayı 60 nəfəri ötüb - YENİLƏNİB

İranda zəlzələdə xəsarət alanların sayı 60 nəfəri ötüb - YENİLƏNİB
# 18 fevral 2021 18:02 (UTC +04:00)

Ötən gün İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 61 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Məhəmməd Həsən Qusiya Müqəddəm deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan 34 nəfər ambulator müalicə olunub, 27-si Yasuc xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, ötən gün İranda 5,6 bal gücündə zəlzələ baş verib. İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib.

Hazırda zəlzələdən ziyan görən ailələrin isti yeməklə təmin olunması və onların çadırlarda yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.

***

12:45

Ötən gün İranda baş vermiş zəlzələ nəticəsində ən azı 42 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün “Gənc jurnalistlər klubu” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İranda 5,6 bal gücündə zəlzələ baş verib. İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR