İrandan Türkiyəyə qaz nəqli dayanıb

İrandan Türkiyəyə qaz nəqli dayanıb
# 31 mart 2020 15:05 (UTC +04:00)

İrandan Türkiyəyə qaz nəqli bu gündən dayanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb İran-Türkiyə qaz boru kəmərində partlayış baş verməsidir.

İranın Milli Qaz Şirkətinin nümayəndəsi Mehdi Cəmşidi Dana bildirib ki, bundan öncə də İran-Türkiyə qaz boru kəməri bir neçə dəfə partladılıb: "Bu dəfə də ehtimal olunur ki, qaz kəmərini PKK terror təşkilatı partladıb. Bundan əvvəl də dəfələrlə belə hallar olub”.

M. Cəmşidi Dana partlayışın Türkiyə ərazisində-İranla sərhəddə baş verdiyini bildirib: "Bu gün səhər saat 6:50 dəqiqədən İranda Türkiyəyə qazın nəqli dayandırılıb. Koronavirusla əlaqədar Türkiyənin Bazarqan sərhəd buraxılışındakı nümayəndəsi xidmət yerində deyil. Lakin biz bu haqda Türkiyə tərəfində məlumat vermişik".

O deyib ki, qaz boru kəmərinin təmir edilməsi və qaz ixracının bərpası 3-4 gün çəkə bilər.

Qeyd edək ki, bu gün səhər saatlarında İrandan Türkiyə ərazisinə qaz ötürən kəmərdə partlayış baş verib. Məlumata əsasən, hadisə yerli vaxtla saat 06:00 radələrində qeydə laınıb. Partlayışın Türkiyənin Ağrı vilayətinin Gülbulak sərhəd keçid məntəqəsi rayonunda baş verdiyi bildirilib. Partlayışdan sonra 40 metr yüksəklikdə alov müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR