İranın Qəzvin əyalətində bir neçə şəhər koronovirusla bağlı “qırmızı zona”ya daxil edilib

İranın Qəzvin əyalətində bir neçə şəhər koronovirusla bağlı “qırmızı zona”ya daxil edilib
# 16 sentyabr 2020 09:55 (UTC +04:00)

Qəzvin əyalətində bir neçə şəhər koronovirusla bağlı “qırmızı zona”ya daxil olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Qəzvin Tibb Elmləri Universitetinin prorektoru Cəlal Rəhmani əyalət şəhərlərinin koronavirus xəstəliyi baxımından vəziyyətindən danışarkən deyib.

O bildirib ki, əyalətdə ümumi vəziyyət hələ də “qırmızı kateqoriya” sayılır: “Qəzvin, Takestan və Buin- Zəhra şəhərləri “qırmızı”, Əlborz “narıncı”, Abik və Avac şəhərləri isə “sarı zona”ya daxildirlər”.

C.Rəhmani bildirib ki, son 24 saatda 55 yeni xəstə qeydə alınıb. Vilayət üzrə yoluxanların ümumi sayı 318 nəfərə çatıb.

Ağır xəstələrin vəziyyətinə toxunan prorektor qeyd edib ki, 65 xəstə reanimasiya şöbəsinə yerləşdirilib, 27 nəfər isə süni tənəffüs aparatına qoşulub. Bu müddətdə 4 xəstə koronavirusdan həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR