İranın xarici işlər nazirinin müavini Vyanaya səfər edib

İranın xarici işlər nazirinin müavini Vyanaya səfər edib
# 31 avqust 2020 09:23 (UTC +04:00)

İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Vyanaya səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, A.Əraqçı Vyanada Hərtərfli Birgə Fəaliyyət Planına üzv ölkələrin eksperltərinin müştərək komissiyasının iclasında iştirak edəcək.

Həmçinin A.Əraqçı iştirakçı ölkələrlə ikitərəfli görüşlər keçirəcək.

Müştərək komissiyanın iclası sabah Vyanada təşkil olunacaq.

A.Əraqçının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə də görüşəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR