İraqın Baş Naziri istefasını parlamentə təqdim edəcək

İraqın Baş Naziri istefasını parlamentə təqdim edəcək
# 29 noyabr 2019 17:11 (UTC +04:00)

İraqın Baş Naziri Adel Abdul Mahdi istefasını parlamentə təqdim edəcək.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazir bəyanat verib.

Qeyd edək ki, İraqda yaşayış şəraitinin pisləşməsi, artan işsizlik və korrupsiyaya qarşı oktyabrın 1-dən etirazlar başlayıb. Etirazlarda 400-dən artıq şəxs həlak olub, minlərlə insan yaralanıb və həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR