İraqın Baş Naziri ona qarşı sui-qəsd hazırlandığını bildirib

İraqın Baş Naziri ona qarşı sui-qəsd hazırlandığını bildirib
# 12 iyun 2020 08:20 (UTC +04:00)

İraqın Baş Naziri Mustafa əl-Kazımi Mosul şəhərinə səfəri zamanı ona sui-qəsd edilməsi üçün hazırlıq işlərinin aparıldığını bildirib.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” xəbər yayıb.

“Mosula səfərim zamanı məni aradan götürmək planı ilə əlaqədar təhlükəsizlik qüvvələrindən bir hesabat aldım”, - baş nazir belə deyib.

Əl-Kazımi sui-qəsd planının İraq və ABŞ arasında strateji dialoq fonunda yarandığını qeyd edib. Cümə axşamı günündən bəri iki ölkənin rəsmi şəxsləri siyasət, təhlükəsizlik, enerji və mədəniyyət sahələrində əməkdaşlığın aktual problemlərini müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR