İsraildə COVID-19-a yoluxanların sayı 34 mini keçib

İsraildə COVID-19-a yoluxanların sayı 34 mini keçib
# 10 iyul 2020 03:31 (UTC +04:00)

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1650 nəfər artaraq ümumilikdə 34 825-ə çatıb. Həmçinin eyni diaqnozdan 4 nəfər ölüb, ölənlərin ümumi sayı 348 olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 16 025 koronaviruslu xəstə var, onlardan 122 nəfəri ağır vəziyyətdədir, daha 39 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 18 452 nəfər müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR