İsraildə COVID-19 virusuna yoluxanların sayında azalma müşahidə edilir

İsraildə COVID-19 virusuna yoluxanların sayında azalma müşahidə edilir
# 03 may 2020 01:24 (UTC +04:00)

İsraildə daha 33 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 16 185-ə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi ölkədə virusa yoluxanların sayının müntəzəm olaraq azaldığını qeyd edib. Şənbə günü daha 2 nəfər virusa yoluxma nəticəsində ölüb, ölənlərin ümumilikdə sayı 229 olub.

Səhiyyə Nazirliyinin şənbə günü, saat 21:00-a olan məlumatına görə, İsraildə hazırda 6363 koronaviruslu xəstə var. Ağır vəziyyətdə olanların sayı da 105-ə enib, onlardan 82-si süni tənəffüs aparatına ehtiyac duyur.

Gün ərzində 193 nəfər sağalıb, sağalanların ümumi sayı 9593 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR