Kabildə BMT-yə məxsus avtomobil partladılıb, 1 əcnəbi ölüb, 5 nəfər yaralanıb

Kabildə BMT-yə məxsus avtomobil partladılıb, 1 əcnəbi ölüb, 5 nəfər yaralanıb
# 24 noyabr 2019 19:21 (UTC +04:00)

Kabildə BMT strukturlarından birinə məxsus avtomobil partladılıb.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstanın “Ariana News” agentliyi məlumat yayıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasrat Rəhimi bildirib ki, Kabildə akkreditasiyadan keçən BMT strukturlarından birinə məxsus avtomobil partladılıb, 1 əcnəbi ölüb. Partlayış nəticəsində 5 nəfər də yaralanıb.

Ölən və yaralanan şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmır.

Hələ partlayışa görə hər hansı qruplaşma məsuliyyəti üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR