Livanda yeni il gecəsi baş vermiş atışmaya görə 30-dan çox adam saxlanılıb

Livanda yeni il gecəsi baş vermiş atışmaya görə 30-dan çox adam saxlanılıb
# 04 yanvar 2021 06:58 (UTC +04:00)

Livanda yeni il ərəfəsində havaya atəş açdıqlarına və nəticədə insanların yaralanmasına, eləcə də üç təyyarəyə ziyan dəyməsinə görə 30-dan çox adam saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Yeni il şənlikləri gecəsi bir qrup vətəndaş qanunu və daxili təhlükəsizlik xidmətinin xəbərdarlıqlarını tamamilə nəzərə almadan havaya atəş açıb. Bununla əlaqədar ölkənin müxtəlif bölgələrində 34 nəfər tutulub”, - DİN məlumatında belə deyilir.

Bundan əvvəl Livan mediası suriyalı bir qaçqının Bekaa bölgəsində havaya atılmış güllə nəticəsində öldüyünü, ölkənin müxtəlif bölgələrində, biri uşaq olmaqla, daha üç nəfərin də yaralandığını bildirmişdi. Beyrutda Livan aviaşirkətinin verdiyi məlumata görə, üç təyyarə havaya atəş açılması zamanı ziyan görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR