Liviyanın Baş Naziri Faiz Sarac Türkiyə və Malta XİN başçılarını qəbul edib.
Bu barədə Türkiyə XİN-dən APA-nın yerli bürosuna məlumat verilib.
F. Sarac Türkiyə və Malta XİN başçılarının rəhbərlik etdiyi nümayəndə heyətləri ilə birgə toplantı keçirib.
***
saat 12:35
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun maltalı həmkarı Evarist Bartolo Liviyaya səfər edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosuna məlumat verilib.
Səfər çərçivəsində bir sıra məsələlərin müzakirə olunacağı gözlənilir.