Pakistanda birja binasına silahlı hücumda 2 nəfər ölüb

Pakistanda birja binasına silahlı hücumda 2 nəfər ölüb
# 29 iyun 2020 10:26 (UTC +04:00)

Dörd silahlı şəxs Kəraçi şəhərində Pakistan Birjasının binasına hücum edib.

APA-nın “Geo News”a istinadən verdiyi xəbərə görə, terrorçular əsas girişdəki qapıya qumbara ataraq binaya daxil olublar.

Hücum zamanı ən azı 2 vətəndaş həyatını itirib.

Pakistan polisindən verilən məlumata görə, terrorçuların hamısı məhv edilib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR