Pakistanda təyyarə qəzasında sərnişinlərin hamısının öldüyü ehtimal olunur

Pakistanda təyyarə qəzasında sərnişinlərin hamısının öldüyü ehtimal olunur
# 22 may 2020 16:59 (UTC +04:00)

Pakistanda təyyarə qəzasında sərnişinlərin hamısının öldüyü ehtimal olunur.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Kəraçi şəhərinin meri Vasim Aktar deyib.

“Bildiyimiz qədər sağ qalan yoxdur. Lakin bu məlumat hələ təsdiqlənməyib”, - deyə o deyib.

Lakin yerli mətbuat qəzada sağ qalanların olduğunu bildirir.

Xatırladaq ki, Lahor şəhərindən Kəraçiyə uçan təyyarə qəzaya uğrayıb. Təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub.

Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR