Palata sədri: “İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır”

Palata sədri: “İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır”
  • Clock-gray 13:55
  • calendar-gray 08 Fevral 2021

"İran Azərbaycanda daimi sərgi təşkil etmək niyyətindədir".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran–Azərbaycan Müştərək Ticarət Palatasının sədri Hüseyn Pirmüəzzin deyib. 

O bildirib ki, bu barədə Azərbaycan tərəfinə təkliflər verilib.

H. Pirmüəzzinin sözlərinə görə, İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır.  

Palata sədri vurğulayıb ki, ötən il Azərbaycan və İran arasında ticarət əlaqələrinin həcmi 20 faiz artıb.

O qeyd edib ki, iki ölkə arasında gömrük məsələsində mövcud problemlər həll edilib və bu, iki ölkə arasında ticarət əlaqələrinə müsbət təsir göstərib.  

H. Pirmüəzzin onu da qeyd edib ki, Azərbaycan və İran arasında güzəştli tariflər haqqında razılıqlar əldə olunub və müzakirələr davam etdirilir: “Bu sahəyə tətbiq olunacaq məhsulların siyahısı hazırlanmalıdır”.

Süleyman Fərzəliyev

Digər xəbərlər