Papua Yeni Qvineya sahillərində güclü zəlzələ olub

Papua Yeni Qvineya sahillərində güclü zəlzələ olub
# 26 noyabr 2019 04:10 (UTC +04:00)

Papua Yeni Qvineya sahillərində 5.4 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilir.

Zəlzələ yerli vaxtla gecə saat 4 radələrində Panguna şəhərindən 77 kilometr qərbdə qeydə alınıb. Təbiət hadisəsinin episentri 70,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR