Qətərlə Körfəz ölkələri arasında böhrana son qoyulub

Qətərlə Körfəz ölkələri arasında böhrana son qoyulub
# 05 yanvar 2021 18:01 (UTC +04:00)

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Səudiyyə Ərəbistanında keçirilən 41-ci sammitinin iştirakçıları KƏŞ-in bütövlüyü və Qətər ətrafında böhranın sona çatması ilə bağlı kommünike imzalayıblar.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Kommünikeni Qətər əmiri Tamim bin Xamad Əl Tani, Küveyt əmiri Navaf əl-Əhməd əs-Sabah, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Bəhreynin vəliəhd şahzadəsi Salman bin Xamad əl-Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Məhəmməd bin Rəşid və Omanın Baş nazirinin müavini Fəhd bin Mahmud əl-Səid imzalayıblar.

Xatırladaq ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR