Ruhani: "Ukrayna təyyarəsinin vurulmasında iştirak edən hər kəs məhkəmə qarşısına çıxarılacaq"

Ruhani: "Ukrayna təyyarəsinin vurulmasında iştirak edən hər kəs məhkəmə qarşısına çıxarılacaq"
# 12 yanvar 2020 05:01 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon bağlantısı yaradıb və söhbətində bildirib ki, Ukrayna təyyarəsinin vurulmasında iştirak edən hər kəs İranın məhkəmə orqanları tərəfindən mühakimə ediləcək.

APA xəbər verir ki, bu barədə açıqlamanı İran Prezidentinin saytı yayıb.

“Bir insan səhvi bu təyyarənin qəzaya uğramasına səbəb olub və hadisədə iştirak edən hər kəs məhkəmə tərəfindən cəzalandırılacaq”, - Ruhani belə deyib.

Ruhani əlavə edib ki, İran məhkəmə sistemi tezliklə bu məsələ ilə bağlı tədbir görməyə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR