Sakit okeanın qərbində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb

Sakit okeanın qərbində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb
# 13 may 2020 07:53 (UTC +04:00)

Sakit okeanın qərbindəki Santa-Krus adalarında 6,6 bal gücündə zəlzələ baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Qrinviç vaxtı ilə 22:41-də (Bakı vaxtı ilə 02:41-də) Vanuatu respublikasının paytaxtı Port-Vila şəhərindən 658 km şimalda, ocağı isə 127 km dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra sunami barədə xəbərdarlıq verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR