Səudiyyə Ərəbistanı koronavirusla əlaqədar beynəlxalq uçuşları təxirə salacaq

Səudiyyə Ərəbistanı koronavirusla əlaqədar beynəlxalq uçuşları təxirə salacaq
# 14 mart 2020 11:02 (UTC +04:00)

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə mübarizə məqsədilə martın 15-dən etibarən iki həftə beynəlxalq uçuşları təxirə salacaq.

APA-nın "ArabNews"a istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, qərar martın 15-i saat 11:00-dan etibarən iki həftə müddətində qüvvədə olacaq.

Nazirlikdən verilən məlumata görə, bəzi uçuşlara yalnız "müstəsna hallarda" icazə veriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında COVID-19 yoluxma halı 86-ya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR