Suriyanın Türkiyə ilə sərhədində avtomobil partladılıb, 6 nəfər ölüb

Suriyanın Türkiyə ilə sərhədində avtomobil partladılıb, 6 nəfər ölüb
  • Clock-gray 08:13
  • calendar-gray 17 Fevral 2020

Suriyanın Tell-Abyad şəhərinin Türkiyə ilə sərhədində avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Dəməşqdə yayımlanan “Şam FM” radiostansiyası məlumat verib.

Məlumata görə, hücum Türkiyə qoşunlarının tərəfində döyüşən Suriya müxalifətinin silahlı qüvvələrinin qərargahının yerləşdiyi şəhər meriyasının yaxınlığında həyata keçirilib. Ölənlər arasında mülki şəxslər də var, yaralıların sayı isə açıqlanmayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date