Süveyş kanalında torpağa oturan gəmi hərəkətə gətirilib

Süveyş kanalında torpağa oturan gəmi hərəkətə gətirilib
# 29 mart 2021 09:12 (UTC +04:00)

Süveyş kanalında torpağa oturan “Ever Given” konteyner gəmisinin yenidən üzməsi təmin edilib.

APA-nın xəbərinə görə, qlobal dənizçilik xidmətləri şirkəti olan “İnchcape” rəsmi “Twitter” hesabında bir həftəyə yaxındır, kanalı bloklayan konteyner gəmisinin bazar ertəsi günü yerli vaxtla 04:30-da yenidən üzməsinin təmin edilməsi barədə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hazırda gəminin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparılır. Kanalda hərəkətin tezliklə bərpa ediləcəyi gözlənilir. Gəmilərin monitorinq xidməti olan “VesselFinder” də “Ever Given” gəmisinin statusunu dəyişərək, yolda olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR