Tehranda güclü partlayış baş verib

Tehranda güclü partlayış baş verib
# 11 sentyabr 2020 19:14 (UTC +04:00)

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün qeydə alınan partlayış nəticəsində 30-dan çox evə ziyan dəyib.

Nəsimşəhr şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Kiyan Sultanpur deyib ki, partlayışın səbəbi araşdırılır: "İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb".

Onun sözlərinə görə, partlayışda 22 avtomobilə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR