Tripolidə bir neçə partlayış nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Tripolidə bir neçə partlayış nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb
# 11 iyun 2020 04:20 (UTC +04:00)

Liviyanın paytaxtı Tripolinin müxtəlif yerlərində bir neçə partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Liviya24” kanalına Milli Barışıq Hökumətinin Səhiyyə Nazirliyi tərəfindən bildirilib.

Nazirliyin sözçüsü əl-Amin əl-Haşiminin sözlərinə görə, çərşənbə günü Tripolinin müxtəlif ərazilərində mina partlaması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR