Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək

Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək
# 01 mart 2021 16:37 (UTC +04:00)

Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək.

APA-nın Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi təlimlər 2-31 mart Qətərdə icra ediləcək.

Məlumatda qeyd olunur ki, təlimin məqsədi Qətər ilə Türkiyə Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və Qətər Silahlı Qüvvələrinin hərbi potensialının artırılmasına töhfə verməkdir.

Təlimlərdə Türk-Qətər Birləşmiş Birgə Güc Komandanlığı, 1 Mexanikləşdirilmiş Piyada Diviziyası və 1 Topçu Batareyası iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR