Türkiyədə COVID-19-dan 171 nəfər ölüb

Türkiyədə COVID-19-dan 171 nəfər ölüb
  • Clock-gray 20:30
  • calendar-gray 12 Yanvar 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 171 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 9 809 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr  10 013, ağır xəstələr isə 2 701 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 346 285  nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 1218 464 nəfər sağalıb, 23 152 nəfər isə ölüb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər