Türkiyədə COVID-19-dan 197 nəfər ölüb

Türkiyədə COVID-19-dan 197 nəfər ölüb
# 04 yanvar 2021 20:43 (UTC +04:00)

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 197 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyənlərlə birlikdə 13 695 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 9 896 ağır xəstə sayı isə 3 522 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 255 607 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 146 430 nəfər sağalıb, 21 685 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR