Türkiyədə bu gün koronavirusdan 117 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 117 nəfər vəfat edib
# 03 fevral 2021 23:13 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 117 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 102 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 314, ağır xəstələr isə 1 523 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 30 milyondan çox insan koronavirus testindən keçib, onlardan 2 501 079 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, 2 387 384 nəfər sağalıb, 26 354 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR