Türkiyədə bu gün koronavirusdan 65 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 65 nəfər  vəfat edib
# 03 mart 2021 22:06 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 65 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 520 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7 191, ağır xəstələr isə 1224 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 734 836 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 593 264 nəfər sağalıb, 28 771 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR