Türkiyədə son sutkada koronavirusdan 185 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 185 nəfər ölüb
# 05 aprel 2021 00:21 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan 185 nəfər ölüb.

APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, bu gün ölkədə 41 998 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.

Bu infeksiyaya yoluxan 2311 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronovirusdan ölənlərin sayı 32 263 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, son bir ayda Türkiyədə yaşı 65-dən yuxarı olanların COVİD -19 infeksiyasına yoluxma sürəti 14,39 faizdən 11,3 faizə düşüb, gənclərdə isə aktiv yoluxma sayı artıb.

Nazir ölkədə 16 milyon 668 min 844 dozada peyvənd olunduğunu deyib, peyvəndləməyə görə Türkiyənin dünya ölkələri arasında 6-cı yeri tutduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR