Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 38 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 38 nəfər yaralanıb
  • Clock-gray 10:22
  • calendar-gray 16 Fevral 2021

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Konyanın Karapınar rayonunda qeydə alınıb.

Qarlı hava şəraitində dərəyə aşan yük avtomobilinin sürücüsünə yardım etmək üçün dayanan avtomobilə avtobus çırpılıb. Avtobus və avtomobil də dərəyə aşıb. Qəza nəticəsində 5 nəfər ölüb, 38 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər