Yaponiyada baş vermiş zəlzələ zamanı yaralıların sayı artıb - YENİLƏNİB

Yaponiyada baş vermiş zəlzələ zamanı yaralıların sayı artıb - YENİLƏNİB
# 04 sentyabr 2020 08:55 (UTC +04:00)

Yaponiyanın Fukui prefekturasında baş verən 5,0 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Xəsarət alanların arasında iki azyaşlının olduğu qeyd edilir. Eyni zamanda, yerli rəsmilər bir həftə ərzində Fukuidə oxşar gücdə başqa bir zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

***

Saat 07:51

Yaponiyanın mərkəzi hissəsində 5,0 bal gücündə zəlzələ baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Meteoroloji İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Yaponiya dənizinin sahilində Fukui prefekturasında, ocağı isə təxminən 10 km dərinlikdə qeydə alınıb.

“Kyodo” agentliyinin məlumatına görə, prefekturada 2 yaşlı uşaq və 80 yaşlı qadın zəlzələ nəticəsində yüngül xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR