Yaponiyada güclü qar səbəbindən 140-dan çox aviareys ləğv edilib

Yaponiyada güclü qar səbəbindən 140-dan çox aviareys ləğv edilib
  • Clock-gray 08:59
  • calendar-gray 31 Dekabr 2020

Yaponiya aviaşirkətləri Honsü adasının şimalındakı və Yapon dənizi sahillərindəki bir sıra bölgələrə güclü qarın yağması səbəbindən azı 143 daxili reysi ləğv edib.

APA xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Qrafik dəyişikliklərinin əksəriyyəti ən böyük şəhərlər olan Tokio, Osaka və şimal prefekturaları arasındakı marşrutlara təsir edib. Qar yağması səbəbindən bir neçə ekspres qatarlarının sürəti məhdudlaşdırılıb. Axşam saatlarında Yamaqata prefekturası ərazisində əlaqə vasitələri dayandırılacaq. Eyni zamanda, Küsü adasının cənub-qərbində magistral yolların birində hərəkət dayandırılacaq.

İvate prefekturasında güclü qar bir kişinin ölümünə səbəb olub. O, traktorla qar təmizləyən zaman idarəetməni itirib və traktor çaya düşüb.

Güclü qar Yaponiyada bir neçə gün davam edəcək. Sinoptiklərin məlumatına görə, yanvarın 2-si səhərədək Yapon dənizi sahillərinə 1 metrə qədər qar düşə bilər.

apa-logo-mini

Digər xəbərlər