Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var

Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var
# 15 dekabr 2020 08:19 (UTC +04:00)

Yeni Zelandiyanın Kenterberi bölgəsində helikopterin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb, üç nəfər də ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə “The New Zealand Herald” nəşri polisə istinadla məlumat yayıb.

Məlumata görə, yerli sakinlər sağ qalanların dağıntılar altından çıxarılmasına köməklik ediblər. Ehtimal olunur ki, xəsarət alanların arasında uşaqlar da var. Yaralılar xəstəxanaya aparılıb.

Qəzetin qeyd etdiyinə görə, ölkənin Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı istintaq araşdırmalarına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR