Banqladeşdə qaz kəmərində partlayış olub, 7 nəfər ölüb

Banqladeşdə qaz kəmərində partlayış olub, 7 nəfər ölüb
# 17 noyabr 2019 10:55 (UTC +04:00)

Banqladeşin Çittaqonq şəhərində beşmərtəbəli binada partlayış baş verib.

APA-nın “Daily Star” nəşrinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 8.30 radələrində binanın birinci mərtəbəsində qaz kəmərində baş verən partlayış nəticəsində 7 nəfər ölüb.

Partlayış zamanı 15 nəfər xəsarət alıb.

Qaz kəmərində partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR