Binəli Yıldırım və Əkrəm İmamoğlu səs verib, mesajlarını açıqlayıblar

Binəli Yıldırım və Əkrəm İmamoğlu səs verib, mesajlarını açıqlayıblar
# 23 iyun 2019 14:33 (UTC +04:00)

Bu gün keçirilən İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilən seçkilərdə əsas namizədlər olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli YıldırımCümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu səs veriblər.

APA-nın Türkiyə bürosunun məlumatına görə, səsvermədən sonra jurnalistlərə açıqlama verən B. Yıldırım seçkinin Türkiyə üçün faydalı olmasını arzulayıb.

B. Yıldırım deyib ki, bilərək, yaxud bilməyərəkdən yol verilən yanlışlıqlar səbəbindən küskünlüklər ola bilər: "Ancaq bu gün küskünlükləri bir kənara qoymaq lazımdır".

Ə. İmamoğlu isə bu gün Türkiyə və İstanbul üçün önəmli seçki keçirildiyini vurğulayıb: "Bu, tək İstanbul seçkisi deyil, hüquqsuzluğun aradan qaldırılacağı günüdür. Demokratiyamız və İstanbulumuz naminə, ölkəmizin gələcəkdəki bütün seçkilərinin qanuni keçirilməsi üçün hər kəs vicdanı ilə ən düzgün qərarını verəcək. Seçki şəhərimizə, ölkəmizə uğurlu olsun. Günün sonunda hər şey çox gözəl olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR