Bişkek Məhkəməsi Almazbek Atambayevin həbs müddətini uzadıb

Bişkek Məhkəməsi Almazbek Atambayevin həbs müddətini uzadıb
# 20 avqust 2019 10:28 (UTC +04:00)

Bişkekin Pervomayski Rayon Məhkəməsi sabiq Qırğızıstan prezidenti Almazbek Atambayevin həbs müddətini uzadıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.

Onun sözlərinə görə, A. Atambayev oktyabrın 26-dək həbsdə qalacaq.

S. Slesarev bidlirib ki, bu qərar qanunsuzdur və müdafiə tərəfi qərarla bağlı yuxarı instansiyalara müraciət edəcək.

Qeyd edək ki, bundan əvvəl Pervomayski Rayon Məhkəməsi sabiq Prezidentin barəsində avqustun 26-a kimi həbs qərarı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR