Cavad Zərif: "İran müharibə istəmir"

Cavad Zərif: "İran müharibə istəmir"
  • Clock-gray 15:15
  • calendar-gray 20 Sentyabr 2019

"İran müharibə istəmir".

APA-nın xəbərinə görə, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitter" hesabında qeyd edib.

"Sonuncu amerikalı ilə vuruşmaq istəyən İran deyil, əksinə, "B qrupu" İranın son amerikalıya qarşı vuruşduğunu görmək istəyir. İran müharibə istəmir, lakin biz həmişə xalqımızı və millətimizi müdafiə etmişik və edəcəyik", - Cavad Zərif bildirib

Cavad Zərif “B qrupu” kimi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton, İsrailin Baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyanı nəzərdə tutur.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date