Cənubi Koreya iki Şimali Koreya vətəndaşını deportasiya edib

Cənubi Koreya iki Şimali Koreya vətəndaşını deportasiya edib
# 07 noyabr 2019 11:51 (UTC +04:00)

Cənubi Koreya Şimali Koreyanın 2 vətəndaşını ölkədən deportasiya edib.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, həmin iki nəfərin 16 nəfəri qətlə yetirərək Cənubi Koreyaya qaçdıqları bildirilib.

Noyabrın 2-də Cənubi Koreya Şimali Koreya ilə dəniz sərhədində içərisində 2 nəfərin olduğu qayıq aşkarlayıb. Sonrakı araşdırmalarda məlum olub ki, bu şəxslər qayıqda olan digər 16 balıqçını qətlə yetirib və Cənubi Koreya sərhədini keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR