Cənubi Koreyada baş vermiş ağır avtoqəzada 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Cənubi Koreyada baş vermiş ağır avtoqəzada 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb
# 22 iyul 2019 07:49 (UTC +04:00)

Koreya Respublikasının Kanvondo əyalətində furqonun iştirakı ilə baş vermiş yol qəzasında azı 5 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Samçxok şəhərində qəzaya uğrayan furqon aşıb. Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Yaralıların bəzilərinin vəziyyəti çox ağır hesab olunur.

Polis insidentin təfərrüatlarını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR