Çinin materik hissəsində saxlanılan Britaniya konsulluğunun əməkdaşı sərbəst buraxılıb

Çinin materik hissəsində saxlanılan Britaniya konsulluğunun əməkdaşı sərbəst buraxılıb
# 24 avqust 2019 11:32 (UTC +04:00)

Çinin materik hissəsində saxlanılan Britaniyanın Honkonqdakı konsulluğunun əməkdaşı Saymon Çenq sərbəst buraxılıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Saymon Çenqin ailəsi məlumat verib.

Xatırladaq ki, konsulluğun əməkdaşı avqustun 8-də Çinin materik hissəsində yerləşən Şençjen şəhərinə gedib lakin geri dönməyib. Daha sonra Şençjen polisi məlumat yayaraq Saymon Çenqin ictimai təhlükəsizlik qaydalarını pozduğuna görə 15 günlük saxlanıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR