İranın BMT-dəki səfiri: "ABŞ təzyiq siyasətindən əl çəkməlidir"

İranın BMT-dəki səfiri: "ABŞ təzyiq siyasətindən əl çəkməlidir"
  • Clock-gray 14:07
  • calendar-gray 11 Sentyabr 2019

“ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vəzifəsindən azad edilməsi Vaşinqtonla Tehran arasında danışıqların bərpasına kömək etməyəcək”.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki səfiri Məcid Təxte Rəvançi deyib.

O bildirib ki, C. Boltonun ABŞ Prezidenti Donald Tramp administrasiyasından getməsi, İranı ABŞ-la müzakirələrə yenidən baxmağa vadar etməyəcək.

Səfirin sözlərinə görə, İrana qarşı sanksiyaların qüvvədə olduğu müddətdə ABŞ-la danışıqlar aparılmayacaq.

“ABŞ İrana qarşı maksimum təzyiq siyasətindən əl çəkməlidir. İranın nüvə sazişindəki öhdəlikləri digər tərəflərlə mütənasibdir, əgər lazım gələrsə, biz əlavə addımlar atacağıq”, - deyə Məcid Təxte-Rəvançi vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date