Ərdoğan Türkiyə həbsxanalarındakı İŞİD-çilərin sayını açıqlayıb

Ərdoğan Türkiyə həbsxanalarındakı İŞİD-çilərin sayını açıqlayıb
  • Clock-gray 11:33
  • calendar-gray 07 Noyabr 2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə həbsxanalarında saxlanılan İŞİD terror təşkilatının üzvlərinin sayını açıqlayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Macarıstana səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə həbsxanalarında 1149 nəfər İŞİD-çi var.

“İndiyə kimi Türkiyəyə girişi qadağan edilən İŞİD-çilərin sayı 76 min nəfərdir. 7550 İŞİD üzvü isə Türkiyədən deportasiya edilib”, - deyə Türkiyə Prezidenti qeyd edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date