“Taliban” yaraqlılarının hücumu nəticəsində hüquq-mühafizə orqanlarının ən azı on əməkdaşı həlak olub.
APA-nın “Ariana News” agentliyinə istinadən verdiyi məlumata görə, silahlılar Əfqanıstanın şimal-şərq əyaləti olan Bağlanda yollardan birində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Silahlılar arasında öldürülənlərin olub-olmadığı barədə məlumat verilmir.