Əfqanıstanda yük maşınının partladılması nəticəsində 8 hərbçi ölüb

Əfqanıstanda yük maşınının partladılması nəticəsində 8 hərbçi ölüb
# 21 iyul 2020 04:20 (UTC +04:00)

Əfqanıstanın Vardak əyalətində partlayıcı ilə dolu yük maşınının partlaması nəticəsində 8 hərbçi ölüb, 9-u yaralanıb.

APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 20-də günün ikinci yarısı Sayed Abad bölgəsində hərbi maşın karvanının yaxınlığında bir terrorçu tərəfindən idarə edilən partlayıcı ilə dolu yük maşını partladılıb.

Nazirlik ölənlərin ailələrinə başsağlığı verib və hücum nəticəsində yaralananların sağalmasını diləyib.

Qeyd edək ki, ölkədəki radikal qruplaşmalardan heç biri hələ də partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR