Hələbin yaşayış məhəllələri atəşə tutulub

Hələbin yaşayış məhəllələri atəşə tutulub
# 07 noyabr 2019 08:12 (UTC +04:00)

Hələb şəhərinin yaşayış məhəllələrinin silahlı qruplaşmalar tərəfindən atəşə tutulması nəticəsində bir suriyalı ölüb, daha onlarla insan isə yaralanıb.

APA “Al Ekhbariya” telestansiyasına istinadən xəbər verir ki, mərmilər Əl-Cəmiliyə, Seyf-əd-Dövlə, Hay-Siryan, Cdeyda, eləcə də Nil küçəsində, bələdiyyə sarayının və Sadık məscidinin qarşısında partlayıb. Bütün yaralılar şəhər xəstəxanalarına yerləşdirilib.

“Al Ekhbariya”nın verdiyi məlumata görə, atəşkəs rejiminin pozulmasına cavab olaraq Suriya ordusunun artilleriyası silahlı dəstələrin mövqelərinə zərbələr endirib, Əz-Zahra və Hay-Liramun məskənlərindəki reaktiv qurğular məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR