Həsən Ruhani Donald Trampla görüşdən imtina edib

Həsən Ruhani Donald Trampla görüşdən imtina edib
  • Clock-gray 03:46
  • calendar-gray 28 Avqust 2019


 
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla görüşməkdən imtina edib.

APA-nın “BBC”yə istinadla verdiyi xəbərə görə, Ruhani deyib ki, ancaq məlum sanksiyalar ləğv ediləcəyi təqdirdə Trampla görüşə bilər.

"Bunsuz bu qıfıl açılmayacaq", - o bildirib.

Məlumat üçün bildirək ki, İran prezidenti bu sözləri xarici işlər naziri Məhəmməd Zərifin bazar ertəsi Fransada G7 sammitinə elan edilməmiş gəlişi və çıxışından sonra deyib.


Qeyd edək ki, Tramp isə bir neçə gün öncə demişdi ki, o, doğru şərtlər altında cənab Ruhani ilə görüşməyə hazırdır.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date