Honkonqda polislə nümayişçilər arasında toqquşma olub

Honkonqda polislə nümayişçilər arasında toqquşma olub
# 08 iyul 2019 06:24 (UTC +04:00)

Honkonqun sıx ticarət rayonu Monqkokda nümayişçilərlə polis arasında qarşıdurmalar olub.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “RTHK” radiostansiyası məlumat yayıb.

Asayiş pozuntusu halları yüzlərlə fəalın Koulun yarımadasının əsas transport arteriyası sayılan Nettan roud küçəsində kütləvi etiraz nümayişindən sonra dağılmaq istəməməsindən və nəqliyyatın hərəkətinin qarşısını almağa cəhd göstərməsindən sonra baş verib. Qanun keşikçiləri onları dağıtmaq üçün rezin dəyənəklərdən istifadə etməli olub. Qarşıdurma nəticəsində yaralananların və saxlanılanların olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR