İran rəsmi Ər-Riyadın danışıqlar çağırışını müsbət dəyərləndirir

İran rəsmi Ər-Riyadın danışıqlar çağırışını müsbət dəyərləndirir
# 29 iyul 2019 13:14 (UTC +04:00)

"İran rəsmi Ər-Riyadın danışıqlar çağırışını müsbət siqnal kimi dəyərləndirir".

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

O bildirib ki, İran regional məsələlərin qeyd-şərtsiz həllinə yönəlmiş hər bir təşəbbüsü alqışlayır.

“İran dəfələrlə İslam ölkələri arasında problemlərin ilkin şərtsiz həll edilməsinə çağırıb və İslam ölkələrinin yaxınlaşması ilə nəticələnə biləcək bütün tədbirləri alqışlayır. İranın müsbət siqnala cavabı da müsbət olacaq”, - A. Musəvi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR