İran Prezidentinin qardaşı cəzasını çəkmək üçün həbsxanaya köçürülüb

İran Prezidentinin qardaşı cəzasını çəkmək üçün həbsxanaya köçürülüb
  • Clock-gray 13:10
  • calendar-gray 16 Oktyabr 2019

İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun 5 illik cəzasını çəkməsi üçün həbsxanaya köçürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Həsən Ruhaninin qardaşı və prezidentin xüsusi köməkçisi Hüseyn Fereydunun adı rəsmilərlə əlaqəli olan dövlət sığorta şirkəti müdirlərinin şişirdilmiş maaş cədvəli qalmaqalında çəkilmişdi.

Həmçinin iki bank direktorunun təyinatına təsir göstərməkdə və bir sıra korrupsiya qalmaqallarında ittiham olunan H. Fereydun qanunsuz hərəkətlərə yol verdiyi barədə ittihamları həmişə rədd edib.

H. Fereydun 2017-ci ildə həbs edilib. Onun barəsində çıxarılmış 7 il azadlıqdan məhrum etmə qərarı Apelyasiya Məhkəməsinin qərarına əsasən 5 ilə endirilib.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date