İran XİN: Britaniya tez zamanda neft tankerini azad etməlidir

İran XİN: Britaniya tez zamanda neft tankerini azad etməlidir
  • Clock-gray 14:28
  • calendar-gray 12 İyul 2019

“Böyük Britaniya tez bir zamanda İranın neft tankerini azad etməlidir”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib. 

O bildirib ki, ötən bir həftə ərzində Böyük Britaniyanın Tehrandakı səfiri İran neft tankerinin saxlanılması ilə əlaqədar 4 dəfə XİN-ə çağırılıb: “Dəfələrlə demişəm ki, bu gəmi supertanker olduğu üçün Suriya limanında yanalma potensialına malik deyil. Britaniyaya bu sualı vermək istərdim ki,  məgər İrana qarşı Avropa İttifaqı tərəfindən sanksiya tətbiq olunub?”.

A. Musəvinin sözlərinə görə, həm sənədlər, həm də Böyük Britaniya rəsmilərinin ziddiyyətli çıxışları göstərir ki, rəsmi Londonun hüquqi baxımdan söykənəcəyi bir yer yoxdur: “Onlar yalnız ABŞ-ın təsiri altına düşərək bu təhlükəli və sonu görünməyən oyuna daxil olublar”.

Qeyd edək ki, bu günlərdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən Cəbəllütariq boğazında İrana məxsus neft tankeri saxlanılıb. İran prezidenti Böyük Britaniyanın bu addımının cavabsız qalmayacağını vurğulayıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date